Accessibility links

Nyu Yorkda BMT sammitinin açılışı oldu


Nyu Yorkd dünya liderlərinin iştirak etdiyi BMT-nin sammitinin açılışında baş katib Kofi Annan və prezident Buş üzv dövlətləri qurumda geniş islahatların qəbul edilməsilə bağlı fəaliyyətə keçməyə çağırmışlar. Prezident Buş çıxışına Katrina qasırğasından sonra yardıma görə dünya ölkələrinə təşəkkürü ilə başlamışdır. Bundan sonra o, BMT-də korrupsiyanın aradan qladırılması istiqamətində səyləri gücləndirməyə çağırmışdır. Sammitin açılışında çıxış edən BMT-nin baş katibi Kofi Annan liderləri BMT-nin əsas məqsədləri və qurumda islahatlara dair 35 səhifədən ibarət sənədi qəbul etməyə səsləmiş, lakin buraya nüvə silahlarından təksilah olmaq və nüvə silahlarının yayılmaması kimi tədbirlərin daxil edilməməsinə görə təəssüfünü bildirmişdir. Dünya liderlərinin sammiti BMT-nin təşkil olunmasının 60-cı ildönümü ilə üstü-üstə düşür.
XS
SM
MD
LG