Accessibility links

Əfqanıstanda seçkilər başa çatdı


Əfqanıstanda son 30 ildə ilk dəfə olaraq Milli Məclis və vilayət şuralarına seçkiləri başa çatıb. Rəsmilərin bildirdiyinə görə, seçkilər zamanı ciddi zorakılıqlar baş verməyib. Seçki Komissiyasının rəsmiləri bildirirlər ki, bir Fransa əsgəri daxil olmaqla, 8 nəfərin həlak olması ilə nəticələnmiş ara-sıra hücumlara baxmayaraq səsvermə prossesi dinc şəraitdə keçib. Seçkilər Milli Məclis və 34 vilayət şurasına keçirilir. Rəsmilər səsvermədə seçicilərin fəal iştirak etdiyiniə ümid etdiklərini deyirlər. Lakin bu dəfə seçicilərin sayının keçən il keçirilmiş prezident seçkiləri ilə müqayisədə aşağı olacağı gözlənilir. Seçki komissiyasının rəsmiləri iki səhifədən ibartə milyonlarla səsvermə vərəqəsinin hesablanmasının azı iki həftə sürəcəyini deyirlər. Loqar vilayətinin seçki komissiyasının rəsmiləri deyir ki, hər seçki bülletenində 249 yerlik partlamentə seçilmək üçün 60 namizədin, yerli vilayət şuralarına isə daha 60 namizədin adı var. Onlar seçicilərin istədiyi namizədin adını siyahıda tapmaq üçün çətinlik çəkdiklərini, lazım olduğu təqdirdə komissiya üzlərinin onlara yardım göstəriklərini bildiriblər. Prezident Həmid Karzay bu gün səhər səs verərkən seçkiləri ölkəsinin tarixində dönüş nöqtəsi adlandırıb. Siyasi təhlilçilər seçkiləri Əfqanıstanda əsl demokratiyanın yaradılması üçün imtahan kimi qiymətləndirirlər.
XS
SM
MD
LG