Accessibility links

İran prezidentinin çıxışı ABŞ tərəfindən aqressiv kimi qiymətləndirilib.


İran prezidenti Mahmud Əhmədnejadın BMT-nin baş assambleyasında çıxışı ABŞ tərəfindən aqressiv kimi qiymətləndirilib. Prezident Əhmədinejad İranın nüvə enerjisi sahəsində fəaliyyətlərini başa çatdırmaq hüququ olduğunu demişdir. Birləşmiş Ştatların Dövlət Departamentinin rəsmiləri çıxışı Britaniya, Fransa və Almaniyadan həmkarları ilə bu gün müzakirə edirlər. Bundan öncə İran rəsmiləri Mahmud Əhmədinejadın çıxışnın İranın nüvə ambisiyaları iə bağlı narahatlıqları azaldacağını demişdilər. Lakin BMT-nin baş assambleyasında İran prezidentinin yarım saat çəkən çıxışı belə görünür, tamamilə başqa effekt yaratmışdır. Birləşmiş Ştatların yüksək səviyyəli rəsmisi çıxışı “aqressiv” kimi qiymətndirmişdir. Onun sözlərinə görə, cənab Əhmədinejadın İranın uranın zənginləşdirilməsi proqramına hüququnu dəfələrlə təkrar etməsi Tehranla müzakirələr aparan Avropa Birilyinin üç ölkəsi tərəfindən qoyulmuş qırmızı işığı keçmək deməkdir.

Beynəlxalq arenada siyasi debyutunu edən sərt xətt tərəfdarı Mahmud Əhmədinejad Birləşmiş Ştatları bəzi ölkələrə nüvə texnologiları əldə etmək imkanı verib, digərlərinə verməyən “nüvə aparteidi” siyasəti aparmaqda ittiham etmişdir. O, İranın nüvə proqramının sülhməramlı xarakter daşıdığını bir daha dilə gətirmişdir. O demişdir: “Müstəqil və azad dövlətlərin elmi və texnoloji inkişafını bu mühüm sahədə onların monopoliyalarına təhlükə hesab edən hegemon qüvvələr İranın nüvə sahəsində sağlam və tamamilə qarantiya olunmuş texnoloji səylərini nüvə silahalı əldə etmək istəyi kimi yanlış şəkildə təqdim edirlər. Bu, təbliğatdan başqa bir şey deyil.”

Cənab Əhmədinejad xəbərdarlıq etdi ki, xarici qüvvələr onun sözlərilə, İranla ”güc və hədə-qorxu dili” ilə danısa, rəsmi Tehran nüvə məsələsinə baxışını dəyişə bilər. Prezident Əhmədinejadın bildirdiyinə görə, qarşılıqlı inam qurmaq üçün atılan addım kimi, İran uranın zənginləşdirilməsi proqramında xarici hökumətlər və şirkətlərlə əməkdaşlığa hazırdır. O, qlobal nüvə tərksilahı yaratmaq üçün BMT-nin baş assambleyasında xüsusi komitənin yaradılmasına çağırmışdır. Mahmud Əhəminejad İranın Avropanın üç ölkəsi ilə nüvə dioaloqunun genişlənməsini təklif etmidşir. İran prezidentinin çıxışı bazar ertəsi BMT-nin nüvə agentliyinin idarə heyətinin icalasından öncəyə təasdüf edir.

XS
SM
MD
LG