Accessibility links

OPEK neft ixracını artırmağa çalışır


Neft ixrac edən ölkələr təşkilatı-OPEK Vyanada görüş keçirib, dünya bazarlarına əlavə 2 milyon barrel neft verilməsi məsələsini müzakirə edir. Katrina qasırğasından sonra neft və yanacaq qiymətlərinin rekord səviyyəsinə yüksəlməsi ABŞ-ın körfəz sahillərinində neft istehsalını təhlükə altına alıb. Təhlilçilərin fikrincə, OPEK-in təklifi xam neft ehtiyatları və neftayırma qabiliyyətinin məhdudluğunun səbəb olduğu qiymət yüksəlməsinə praktiki deyil, yalnız simvolik cəhətdən yardım edəcək. Qeyd edək ki, bu gün Nyu-York bazarlarında bir barrel neft qiyməti 65 dollar 25 sentdir.
XS
SM
MD
LG