Accessibility links

Şimali Koreya razılığa gəlib


Şimali Koreya nüvə proqramını bütünlüklə dayandırmağa və nüvə silahlarının yayılmaması haqda müqaviləyə qoşulmağa razılıq verib. Şimalı Koreya bu vədi Pekində nüvə programı ətrafında altıtərəfli danışıqlar zamanı verib. Bu gözlənilməz güzəştlər Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqlarda əldə olunmuş əsas prinsipərin bir hissəsini təşkil edir. Birləşmiş Ştatların nümayəndəsi Kristofer Hill bazar ertəsini “böyük bir gün” adlandıraraq deyib ki, bu razılıq danışıqlarda iştirak edən bütün tərəflər üçün bir qələbədir.Razılığa əsasən, Şimali Koreya böyük enerji yardımı və Birləşmiş Ştatların ona qarşı hücuma keçməcəyi haqda qarantiya alacaq. Danışıqlarda iştirak edən bütün tərəflər Şimali Koreyanın əsas mübahisələrə səbəb olmuş nüvə reaktorunun elektrik enerjisi hasil etmək tələbinin daha münasib vaxta qədər saxlanması haqda razılıq əldə etmişlər.
XS
SM
MD
LG