Accessibility links

Britaniya hərbiçilərinin həbsxanaya reydi ölkələr arasındakı münasibətlərə təsir göstərməyəcək


İraqın baş naziri İbrahim Əl-Cəfəri deyib ki, çərşənbə axşamı Britaniya hərbi qüvvələrinin İraqın Bəsrə həbsxanasına etdikləri reyd iki müttəfiq ölkə arasındakı münasibətlərə təsir etməyəcək. Cənab Əl-Cəfəri Londonda Britaniyanın müdafiə naziri Con Reydlə görüşdükdən sonra müxbirlərlə etdiyi söhbətində bildirib ki, Britaniya hərbi qüvvələrinin Bəsrə həbsxanasına etdiyi reydi barədə araşdırmalar aparılır. Qeyd edək ki, İraq polisi mülki paltar geymiş iki Britaniya əsgərini həbs etdikdən sonra onların yaraqlılara təhvil verilməsindən narahat olan Britaniya hərbiçiləri həbsxanaya reyd təşkil etmişdi. Xəbərlərdə bildirlir ki, həmin iki əsgər iki İraq polisini qətlə yetirdiklərinə görə həbs olunmuşlar. Britaniyanın müdafiə naziri Con Reyd isə deyib ki, bu hadisə İraqda hərbi qüvvə saxlamaq barədə öhdəliyə təsir göstərməyəcək. İraqın bəzi rəsmiləri Britaniya hərbi qüvvələrinin Bəsrə həbsxanasına etdiyi reydi tənqid ediblər. Bəsrə şəhərində isə polis işçiləri daxil olmaqla yüzlərlə adamın iştirakı ilə Britaniyanın həbsxanaya etdiyi reydə etiraz olaraq nümayiş keçirilib. Nümayişçilərin bəziləri Britaniya əsgərlərinin İraq məhkəməsinə verilməsini tələb edib.
XS
SM
MD
LG