Accessibility links

ABŞ prezidenti ilə İordaniya kralı Yaxın Şərqdəki durumla əlaqədar görüş keçiriblər


Dünən ABŞ prezidenti Corc Buş və İordaniya kralı Abdullanın Vaşinqton görüşləri Yaxın Şərqdəki mövcud durumun müzakirəsinə həsr edilmişdi. Buraya kral Abdullanın mötədil Islamın təbliği və yaxın Şərqin yol xəritəsi sülh planının müzakirəsi də daxil idi. Kral Abdulla prezident Buşun yaxın Şərq siyasəti və ərəb dünyasında demokratiyanın yayılması səylərini dəstəkləyən yaxın müttəfiqlərindədir. ABŞ İordaniya ərazisindən İraqdakı hərbi əməliyyatlarına platforma kimi istifadə edir. Karal Abdulla bundan əlavə İsrailin İordan çayının qərb sahillərindən çıxmasında İsrailə dəfələrlə təzyiq göstərmişdi. ABŞ və İordaniyanın dövlət başçılarının Ağ Ev görüşü zamanı İraq məsələsi də müzkairə edilmişdi.
XS
SM
MD
LG