Rita qasırğasının sürəti azalmaqla ikinci kateqoriyaya enməsi onun təhlükəsinin azalması demək deyil. Saatda 160 km-lik sürətlə qasırğa Texas və Luizina ştatlarına istiqamət alaraq, daşqınlar təhlükəsi yaradıb. Bu gün yerli vaxtla səhər tezdən körfəz sahillərində görünməyə başlayan qasırğanın gətirdiyi küləyin sürəti saatda 190 km idi. Külək ağacları, elektrik xətləri, evlərin damlarını sındırmışdır. Bölgədə yerləşən yüzlərlə netfayırma qurğularının dağıdılacağı ilə bağlı qorxular mövcuddur. Amerikanın neftayırma işlərinin 28 fazini öhdəsinə götürən bu regionun sahil bölgələrinin əksəriyyətini artıq su basmaqdadır. Bununla onsuzda yüksək olan yanacaq qiymətlərinin artacağı gözlənilir. Qasırğaların zəifləməsi həmişə sellərə gətirib çıxarır. Ritanın səbəb olacağı yağışlar Texasın qərb bölgəsi, Luiziana və Missisipi ştatlarının böyük bir ərazisini bürüyəcək. Güclü küləklə müşaiyət olan yağışların 60 sm-dən çox olacağı təxmin edilir. Luiziana və Texas ştatlarının 2 milyondan artıq əhalisi artıq regionu tərk edib. Maşın tıxacları, avtomobil qəzalaına baxmayaraq, rəsmilər evakusiaynın bir çox insanın həyatını xilas etdiyini bildirirlər. Bu, Amerika tarixində ən böyük evakusiya hesab edilir. Amerikada 4-cü böyük şəhər Texas ştatının Hyuston şəhəri cümə axşamından bəri sanki ruhlar şəhərinə çevrilib. Böyük neft şirkətlərinə ev olan bu şəhərdə həyat izlərinə çox az rast gəlinir. Ritanın hələ iki gün qüvvəsini saxlayacağı ilə Byumont və Port Arturun şəhərilərinin su altında qalacağı böyük narahatlqılara səbəb olub. Bölgədə yarım milyon insanın elektriksiz qaldığı bildirilir. Federal, ştata və yerli hökumətlər təbii fəlakətə hazırlıq işlərini başlamış və davam etdirirlər. Fəlakətin vurduğu ziyan, insan tələfatının məbləği bir neçə gündən sonra məlum olacaq.