Accessibility links

Rita qasırğasından sonra sakinlərə hələ evlərinə qayıtmamaq məsləhət görülür


Texas və Luiziana ştatlarının rəsmiləri Rita qasırğasının vurduğu ziyanın gözlənildiyindən az olduğunu bildirsələr də sakinlərə evlərinə qayıtmamağı tövsiyyə edirlər. Bu çağırışlara baxmayaraq on minlərlə adam hələ dünən evinə qayıtmağa cəhd edib. Saatda 200 km sürətlə əsən külək və yağışlara səbəb olan qasırğadan sonra yollar təmizlənir, elektrik xətləri bərpa edilir. Qasırğa ağacları və elektrik xətlərini kökündən sındırıb. Katrinanın təsirindən hələ də yaxa qurtara bilməyən Nyu-Orlean yenidən su altındadır. Qasırğanın Missisipi ştatında bircə adaım ölümünə səbəb olduğu bildirilir.
XS
SM
MD
LG