Accessibility links

İran xəbərdarlıqla çıxış edib


İran Amerika və Avropa ölkələrinin İranın nüvə məsələsinin BMT-nin Təhlükəszlik Şurasında qaldırılması ideyasını dəstəkləyən ölkələrlə ticarət əlaqələrini məhdudlaşdıracağına dair xəbərdarlıqla çıxış edib. Bu ölkələr arasında indistan da yer alır. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Reza Asefi bildirib ki, Tehranı Hindistanın bu qətnaməyə qoşulması təəccübləndirir. Belə ki, Hindistanı İrandan təbbi qaz idxalı maraqlandırır. İran bundan əlavə uranın zənginləşdirilməsi proqramının bərpa ediləcəyi və nüvə obyektlərinin müfəttişlər tərəfindən yoxlanışına icazə verilməyəcəyini də bildirmişdir. Xatırladaq ki, keçən şənbə günü Beynəlxalq Atom Enerjisi agentliyi İranın nüvə proqramı məsələsinin BMT-nin Təhlüksəzlik Şurasına verilməsini istisna etməyən qətnamə qəbul etmişdi.
XS
SM
MD
LG