Accessibility links

Amerika ictimaiyyəti yoxsulluqla mübarizə barədə düşünür


Amerika Birləşmiş Ştatlarının Meksika körfəzi hövzəsində Katrina qasırğasının nəticələrinin aradan qaldırılması səyləri davam etdirilir. Onsuz da yoxsul əhalinin daha da yoxsullaşması və Amerika ictimaiyyətinin bununla necə mübarizə etməsi indi debatlar mövzusuna çevrilib. Luiziana və Missisipi ştatları qasırğanın sarsıdıcı təsirindən hələ də yaxa qurtara bilməyib. Nyu-Orleanı tərk etməkdən imtina edən sakinlərin vəziyyəti daha da ağırlaşıb.

Katrina qasırğasından sonra telelviziya ilə nümayiş etdirilən kadrlar əsasən yoxsul və zənci amerikalıların ya evakuasiyası, ya da su altında qalmış şəhərdəki həyatlarını göstərirdi. Yoxsulluq məsələsinin qaldlrılmasına da məhz bu yoxsul və yaşlıları nümayiş etdirən kadrlar səbəb olmuşdur. Federal, ştat və yerli hökumətlər qasırğaya lazımi cavab vermədiklərinə görə kəskin tənqidlərlə üzşləşmişdir. Yoxsulluğa qarşı mübarizə qurumlarının bildirdiyinə görə, Katrina siyasətçilər və mətbuatın nəzərindən yayınan yoxsulluğu diqqət mərkəzinə çəkdi. Amerika Əhalini Siyahiyə Alma Bürosunun son hesanbatında deyilir ki, ötən və cari il ərzində yoxsulluq atrmış, hazırda Amerika əhalisinin 13 faizi yoxsulluqdan aşağı səviyyədə yaşayır. Hələ keçən il hökumət adam başına yoxsulluq səviyyəsini 9 min, 4 nəfərdən ibarət ailə üçün isə 19 min dollarla ölçürdü. ABŞ prezidenti Corc Buş da həmçinin Nyu-Orleandakı vəziyyətlə bağlı çıxışında bu məsələyə toxunmuşdu. Prezident demişdi: “Televiziya ekranlarında regionun dərin yoxsulluğunu gördük. Bu yoxsulluğun kökləri irqi ayrı-seçkilik, nəsillərin imkanlardan istifadə etməsinə maneələrə əsaslanır. Qarşımızda yoxsulluqla mübarizə kimi bir öhdəlik durur.” Yoxsulluq probleminin konqresdə gələcək debatların mövzusu olacağı gözlənilir.

XS
SM
MD
LG