Accessibility links

Iran Qərbi neft satışını dayandırmaqla hədələyir


OPEK-in ikinci ən iri neft istehsalçısı olan İran xəbərdarlıq edib ki, əgər onun nüvə proqramı ilə bağlı məsələsi BMT Təhlükəsizlik Şurası qarşısında qaldırılsa, onda İslam Respubikası neft satışını dayandıracaq. İran prezidenti Mahmud Əhmədnejad bu xəbərdarlığı Ərəb qəzetinə verdiyi müsahibədə açıqlayıb. İran gündə 4 milyon barrel neft istehsal edir və onun iqtisadiyyatı əsasən neft ixracatına söykənib. Cənab Əhmnejad həmçinin məsələnin BMT qarşısına çıxarıldığı təqdirdə həmin təşkilatın müfəttişləri ilə əlaqələri kəsməklə hədələyib. Bu ilin İyununda prezident seçilmiş Mahmud Əhmədnejad Qərb dövlətlərinin İranın atom bombasına malik olmağa can atması haqda iddialarını rədd edərək bildirib ki, bu, İslam qanununa zidd olardı.
XS
SM
MD
LG