İndoneziyanın Bali adasındakı partlayışla əlaqədar şəkillər açıqlanıb. Xatırladaq ki, kamikadze hücumu olduğundan şübhələnilən hadisə zamanı 22 adam öldürülmüşdü. Qəzetlərdə başsız hücumçuları göstərən foto-şəkillərin dərc edilməsi onların kimliyinin müəyyən edilməsi məqsədi daşıyır. Bundan əlavə polis partlayışdan bir neçə saniyə əvvəl arxalarında çanta olan hücumçuları nümayiş etdirən həvəskar videosunu ictimaiyyətə açıqlayıb.