Accessibility links

Xəzəryanı  dövlətlərin  nümayəndələrinin  18-ci  görüşü Bakıda davam edir


Xəzəryanı dövlətlərin nümayəndələrinin 18-ci görüşü Bakıda davam edir. Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizi regionun silahlardan təmizlənməsi ehtimalının da müzakirələrin gündəliyinə daxil edildiyini söyləyib. Danışıqlarda dəniz ticarəti, ətraf mühit və terrorçuluq kimi məsələlərə də baxılacaq. Azərbaycan, Rusiya və Qazaxistan xəzərin hər ölkənin sahillərinin uzunluğuna görə bölünməsində razılığa gəliblər və buna görə İranın payına 13 faiz düşür. İran və Türkmənistan isə Xəzərin mənbələrinin xəzəryanı ölkələr arasında müsavi şəkildə bölüşdürülməsi fikrini müdafiyə edir.
XS
SM
MD
LG