Accessibility links

Britaniya polisi iyul hadisələrindən sonra həbsləri davam etdirir


Britaniya polisi ölkədə terrorizmlə mübarizə məqsədi ilə aparılan əməliyyatlar nəticəsində 10 nəfərin həbs edildiyini xəbər verir. Rəsmilərin bildirdiyinə görə, onlardan üçü bu gun Londonun yaxınlığındakı Kroydonda, üçü Derbi şəhərində, dördü isə Volverhampton şəhərində həbs edilib. Lakin Skotlond Yard bu həbslərin iyul ayında Londonda baş verən terror hücumları ilə əlaqəsi olmadığını bildirir.

Xatırladaq ki, anti-terrorizm haqda qanun Britaniya hökuməti tərəfindən Londonda iyul ayında 52 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra qəbul edilmişdir.

XS
SM
MD
LG