Accessibility links

Türkiyədə yüzlərlə ev quşu məhv edilib


Türkiyədə quş qripi virusu aşkar edildikdən sonra 1500 toyuq və hind quşu məhv edilib. Səlahiyyətli nümayəndələr Balıkesir vilayətində 3 km-lik məsafədə karantik elan edib. Bu bölgədə keçən həftə 2000-dən artıq hind quşu virus səbəbi ilə məhv olmuşdu. Qeyd edək ki, H5N1 virusu dünyada milyonlarla quş və 60-a yaxın adamın ölümünə səbəb olub. Alimlər virusun mutasiyasından əvvəl onunla mübarizəyə qalxmış və hazırda vaksinlər üzərində iş aparılır.
XS
SM
MD
LG