Accessibility links

Paytaxt Bakıda müxalifətin nümayiş cəhdinin qarşısı zorakılıqla alınıb


Azərbaycanda polis zorakı vasitələrlə müxalifətin paytaxt Bakıda keçirdiyi nümayişi dağıtmışdır. Qərb xəbərlər agentliyinin müxbirləri deyirlər ki, polislər əllərindəki dəyənəklərlə “azadlıq” və “azad seçki” hayqıran insanları döymüş, və yerə yıxılmış bir nümayişçinin başını təpikləmişlər. Müxalifət lideri Əli Kərimli deyir ki, ən azı 27 adam ağır xəsarət almışdır ki, bunların arasında jurnalistlər və millət vəkilliynə namizədlər var. 52 nəfərsə həbs edilib. Bakı polisi isə 28 adamın saxlandığını və 11 polisin xəsarət aldığını söyləyir. Norvecin Azərbaycandakı səfiri Steynar Gil polisi həddindən ifrat zorakılıq tətbiq etdiyinə görə tənqid edib. Qeyd edək ki, müxalifət son zamanlar Azərbaycanda bir neçə etiraz aksiyası keçirmişlər. Onlar iqtidarı seçkiləri saxtalaşdırmaq planında ittiham edirlər.
XS
SM
MD
LG