Accessibility links

Fəlakət bölgəsinə yardımlar axır


Dünya Bankının prezidenti Pol Volfovits deyib ki, donor ölkələr zəlzələdən zərər çəkmiş Pakistana yardım məsələsində əməkdaşlıq etməlidir. Cənab Volfovits Dünya Bankının Pakistana yardım məqsədilə 20 milyon dollar məbləğində vəsait ayırdığını bəyan edib. Neftlə zəngin Küveyt 100 milyon dollar məbləğində vəsait ayrıldığını bildirib. Asiya İnkişaf Bankı yardım məqsədilə dərhal 10 milyon dollar təklif edib. Avropa Birliyi və Avstraliya hər biri 4 milyon dollar ayırıb. Çin, Yaponiya və Türkiyə Pakistana xilasetmə qrupları göndərib. Yaponiya həmçinin tibbi personal və 200000 dollarlıq avadanlıq göndəriləcəyini vəd edib.
XS
SM
MD
LG