Accessibility links

ABŞ dövlət katibinin Mərkəzi Asiya səfəri davam edir


Birləşmiş Ştatlar Əfqanıstanda hərbi əməliyyatlara yardım məqsədilə Qırğızıstanda mövcud olan hərbi hava bazasının lazım olan müddətə qədər saxlanmasına dair təminat alıb. Bu haqda razılıq ABŞ Dövlət katibi Kondoliza Raysın Mərkəzi Asiya ölkələrinə səfəri zamanı əldə edilib. Dövlət katibi Rays və Qırğızıstan prezidenti Kurmanbek Bakiyev ABŞ-ın Manas hərbi bazasından istifadəsilə bağlı sənədə imza atıblar. Qırğızıstan xanım Raysın Mərkəzi Asiya və Əfqanıstana səfərinin ilk dayanacağıdır. Bundan sonra Əfqanıstan, Tacikistan və Qazaxıstana səfər edəcək Kondoliza Raysın ABŞ-ın zəlzələdən sonra dəstəyini ifadə etmək üçün Pakistana yola düşə biləcəyi deyilir.
XS
SM
MD
LG