İraqın yeni konstitutsiyası üzərində keçirilən milli referendum çoxlu sayda adamın səs verməsi və sakitliklə müşaiyət olunub. İraqın 18 vilayətində səsvermə rəsmiləri bülletenləri saymağa başladıqca Bağdadda atəşfəşanlıq olub. Referendumda seçicilərdən yalnız bircə sual soruşulurdu: “Siz İraqın konstitutsiya layihəsini bəyənirsinizmi?” Vətəndaşlar bülletendə “bəli” və “xeyr” blanklarına işarə qoyurdular. Konstitutsiya layihəsinin təsdiq olunması sadə çoxluq tələb edir. Amma əgər 3 vilayətdə seçicilərin üçdə ikisi onun əleyhinə səs versə onda konstitutsiya təsdiq edilməyəcək.
İraqın yeni konstitutsiya üzərində keçirilən referendum üçün təşkil edilmiş səsvermə məntəqələri artıq bağlanıb. Bir çoxlarının gözlətinlərinin əksinə olaraq, bu gün milyonlarla adamın səsverməyə qatıldığı İraqda qeyri-adi sakitlik hökm sürüb. Amerikanın Səsinin Bağdaddakı müxbiri Alişa Ryu paytaxtın bir neçə səsvermə məntəqəsinə baş çəkib. Onun verdiyi xəbərə əsasən belə görünür ki, iri sayda Sünni Ərəblər də referendumda iştirak ediblər.
İzdihamlar hələ məntəqələ səhər saat 7-də açılmamışdan qabaq səs vermək üçün toplanmışdılar. Səsvermə məntəqələrinin açılmasından 4 saat sonra artıq Bağdadda qeydiyyatdan keçmiş 3 milyon seçicinin dörddə biri 1200 səsvermə məntəqəsində səs vermişdi.
Əsasən Sünnilərin yaşadığı Qazaliyyə seçki məntəqəsində keşik çəkən İraqlı polis deyir ki, səsvermə hamının gözlədiyindən daha yaxşı keçib. Qiyamçıların referendumu sğıradan çıxarmaqla bağlı hədələrinə baxmayaraq, gücləndilrilmiş təhlükəsizlik tədbirləri zorakılıqları bu gün minimuma endirib. Bağddadda və onun ətrafında yerləşən bir neçə səsvermə məntəqəsi atəşə məruz qalaraq, bir neçə seçicinin yaralanmasına səbəb oldu. Amma ümumilikdə heç bir intiharçı hücumu və ya maşın oartlayışı qeydə alınmayıb. Xatırladaq ki, referendumun ilkin nəticələri 3 günə məlum olacaq.
ABŞ prezidenti Corc Buş bu arada İraqda keçirilən referendumu həmin millətin demokratiyaya irəliləyişində mühüm addım adlandırıb. Həftəlik radio müraciətində cənab Buş söyləyib ki, səsvermə məntəqələrinə getməklə iralılar terrorçulara ağır zərbə endirmiş və bütün dünyaya mesaj göndərmişlər ki, İraq öz gələcəyini zorakılıqlar vasitəsilə yox, seçkilər vasitəsilə həll edəcək.
Cənab Buş öz müraciətində Əl Qaidanın ikinci mühüm rəhbəri olan Ayman əl Zavahirinin İraqda fəaliyyət göstərən terrorçu Əbu Müsab əl-Zərqaviyə yazdığı məktuba toxunmuşdur. Həmin məktubda deyilir ki, İraqda radikal İlsmaçı rejimin yaradılması əlQaidanın bu radikalizmi bütün Yaxın Şərqə yayamaq planının birinci mərhələsidir. CƏnab Buşun dediyinə görə məktub göstərir ki, Əl Qaida İraqı terrorçuların sığınacaq məkanına çevrimək istəyir.
Prezident söz verdi ki, ta İraqlılar özünü idarə və müdafiə edə bilən azad dövlət quranadək Birləşmiş Ştatlar onlarla çiyin-çiyinə dayanacaq.