Accessibility links

Səddam Hüseynin məhkəməsi başlayıb


Bu gün Səddam Hüseyn 1982-ci ildə ona qarşı sui-qəsd cəhdindən sonra Əl-Ducail şəhərində 140-dən artıq şiə qadın və kişinin qətlində günahkar olmadığını bildirib. Səddam Hüseynin məhkəmə prosesi təhlükəsizlik tədbirlərinin güçləndirildiyi bir şəraitdə keçirilir. Məhkəmənin açılışında Səddam Hüseyn hakimin kimliyi ilə bağlı sualının adı ilə cavablandırmamış, özünü İraq prezidenti kimi təqdim etmişdi. İraq televiziyası ilə yayımlanan proses zamanı Səddam və onun keçmiş rejiminin 7 üzvünin yanaşı oturduğu nümayiş etdirilmişdi. Hakim onların günahı sübut edildiyi təqdirdə ölüm cəzası ilə üzləşə biləcəklərini deyib. O, həm də Səddam Hüsenin vəkillərinin məhkəməyə noyabr ayının 28-dək fasilə verilməsi müraciətinə razılıq verib. Bəzi təhlilçilərin fikrincə məhkəmə işinin Səddam Hüseynin hakimiyyəti dövründə hökumətdə əksəriyyət təşkil edən sünni ərəblərlə hazırda hakimiyyətdə çoxluq təşkil edən kürd və şiələr arasındakı gərginliyin artmasına səbəb ola biləcəyinə narahatlıqlarını bildirirlər. İraq liderləri, diplomatlar, müxbirlər, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin nümayəndələri məhkəmənin işini yaxından izləyirlər. Bu arada Ağ Evin nümayəndəsi Scott Maklelan deyib ki, bu məhkəmə İraqın demokratiyaya doğru atdığı yeni bir addımdır.
XS
SM
MD
LG