Accessibility links

Gürcüstan parlamenti xarici işlər nazirinin istefasını tələb edir


Gürcüstanın baş naziri Zurab Noqeydeli Birləşmiş Ştatlara səfərini bir həftəliyə təxirə salmışdır. O, bu qərara qanunvericilərin xarici işlər naziri Salome Zurabişvilinin vəzifəsindən azad edilməsi haqda tələbindən sonra gəlib. Gürcüstan Parlamentinin spikeri Nino Burjanadze də parlamentin digər nümayəndələrinə qoşularaq nazirin vəzifəsindən azad edilməsini tələb edir. Onlar xarici işlər nazirini öz fəaliyyətləri barədə lazımı məlumat vermədiyinə və Gürcustanın xaricdəki diplomatları ilə qeyri-normal münasibətlərinə görə tənqid edirlər. Qeyd edək ki, ötən ilədək xanım Zurabişvili Fransanın Tbilisidəki səfiri vəzifəsində çalışırdı. Onu Gürcüstan xarici işlər naziri təyin etməklə cənab Saakaşvili demokratik Gürcüstanın Qərbə səmt götürməsini nümayiş etdirmişdi.
XS
SM
MD
LG