Accessibility links

İraqlı vəkilin cəsədi aşkar edilib


İraq polisinin bildirdiyinə görə, Səddam Hüseynin məhkəməsində müdafiəçi vəkillərdən biri Sədun Əl-Cənabinin oğurlandıqdan bir gün sonra cəsədi aşkar edilib. Səddam rejiminin 7 üzvündən birinin vəkilinin bir neçə güllə yarasından vəfat etdiyi deyilir. Xatırladaq ki, vəkil dünən gecə Bağdaddakı ofisindən oğurlanmışdı. Hökumət nümayəndələri qətli qınayaraq, bunun nə məhkəmənin, nə də ki, siyasi proseslərin maraqlarına cavab verdiyini deyirlər.
XS
SM
MD
LG