Accessibility links

Müxalifətin keçirdiyi etiraz aksiyası yenə də dağıdıldı


Bu gün Azərbaycan paytaxtı Bakıda polis müxalifətin növbəti etiraz aksiyasını dağıdıb. Parlament seçkilərinə iki həftə qalmış bir zamanda mərkəzi küçələrə çıxan yüzlərlə müxalifət tərəfdarı “azad seçki” deyə hayqırmışlar. Polisin 15 nəfərin həbs edildiyini deməsinə baxmayaraq, xəbər agentlikləri bu rəqəmin onlarla adamı əhatə etdiyini bildirir.

Assoşieyted Pressin məlumatına əsasən polis dəyənəklərdən istifadə edərək nümayişi dağıtmışdır. Müxalifət nümayəndələrinə istinad edən agentlik xəbər verir ki, bir neçə adamın tibbi yardıma ehtiyacı olub. Müxalifət qarşıdan gələn seçkilərin saxtalaşdırılacağından ehtiyat edir. Lakin hökumət seçkilərin azad olacağını deyir. ABŞ Dövlət Departamentinin sözçüsü bu yaxınlarda bildirib ki, Azərbaycan hökumətinin son hərəkətləri onun demokratik seçki kampaniyasına sədaqətini sual altına qoyur.

XS
SM
MD
LG