Qadınlarda uşaqlığın boğazında şişlərlə mübarizə sahəsində böyük nailiyyət əldə edilib. Hər il dünyda 300000 qadının ölümünə səbəb olan bu xəstəliyə qarşı yeni peyvəndlər 100 faiz effektiv olub. Lakin bu yeni vaksinlər əsasən gənc qadınlarda təsirli olub. Amerikada insan papilloma virusuna yoluxanların sayı 20 milyondan yüksəkdir. Hər il dünyada 5 milyondan artıq insan zöhrəvi xəstəliklərə yoluxur. Uşaqlığın boğazında xərçəngə səbəb çox hallarda zöhrəvi xəstəliklərdir. 13 ölkədən 12000 insana iki il müddətində vurulan peyvəndlər şişlərin əmələ gəlməsinə mane olub.