ABŞ prezidenti Corc Buş Amerikanın Mərkəzi Bankının direktoru vəfizəsinə namizəd irəli sürəcəyini bildirib. Qeyd edək ki, bankın direktoru Alan Qrinspan 18 illik vəzifəsindən istefa verərək, təqaüdə çıxır. ABŞ prezidenti kimi nəzərdə tutduğunu bildirməmişdir. Təhlilçilərin fikrincə, prezident İqtisadi Müşavirlər Şurasının sədri Ben Bernakeni bu vəzifəyə namizəd göstərə bilər. Ehtimal edilən digər namizədlərə Glenn Hubbard və Martin Feldsteyn kimi iqtisadçılar daxildir.