Accessibility links

Rusiya-Çin iqtisadi əməkdaşlığı artmalıdır


Rusiya prezidenti Vladimir Putin Rusiya və Çin arasında iqtisadi əlaqələrin artmasından razılığını ifadə edib. Vladimir Putin bu açıqlamanı bu gün Çinin baş naziri Ven Jiabao ilə görüşündən sonra verib. Hər iki lider ölkələr arasında ticarət dövriyyəsinin bu il 28 milyard dollara çatacağına ümid bəslədiklərini bildirib. Çinin baş naziri Şanxay Əməkdaşlıq Təşkilatının konfransında iştirak etmək üçün Moskvadadır. Prezident Putin Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuz qazandığını qeyd edərək, qrupun terrorizmə qarşı mübarizə və təhlükəsizlik məsələlərində əməkdaşılq etməli olduğunu bildirib
XS
SM
MD
LG