Accessibility links

Ümumdünya Qadın Media Fondunun illik mükafatına Almaniya, Banqladeş və İranın qadın jurnalistləri layiq görülüb


Mükafata layiq görülən Almaniya, Banqladeş və İranın qadın jurnalistləri müharibə, korrupsiya, siyasət və insan hüquqları haqda məqalələri ilə həyatlarını risk altına salan jurnalistlərdir. Hər il Ümumdünya Qadın Media Fondu bu jurnalistləri “Jurnalizmdə şücaət” mükafatına layiq görüb. Mükafata layiq görülən Şəhla Şerkət Tehranda yerləşən “Zənan’ jurnalının baş redaktorudur. Jurnal 1991-ci ildə təsis edildiyi gündən İran hökuməti tərəfindən bağlanacağı barədə hədə-qorxularla üzləşmişir. Qadın hüquqları ilə bağlı məqələlərinə görə xanım Şerkət cərimə, həbs və təzyiqlərlə üzləşmişdir. Mükafatın digər laureatı Şumi Xan Banqldeşdə cinayətlə bağlı yazılarına görə təhdid edilən, döyülən bir jurnalistdir. Qeyd edək ki, Banqladeş jurnalizm üçün ən təhlükəli bölgələrdən biri hesab edilir. O ölkədə 2000-ci ildən bəri 9 jurnalist qətlə yertirilib. Alman foto-müxbiri Anya Niehringhaus Ümumdünya Qadın Media Fondunun mükafatına layiq görülən üçüncü jurnalistdir.
XS
SM
MD
LG