Accessibility links

Rusiya BMT-yə saxta sənədlər təqdim edildiyini bildirir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-yə neft əvəzinə ərzaq proqramının istintaqı ilə bağlı təqdim edilən sənədlərin saxta olduğunu bildirib. Rusiyanın xarici işlər naziri deyib ki, bu sənədlərin bəzilərində Rusiya rəsmilərinin imzaları saxtalaşdırılmışdır. Qeyd edək ki, təhqiqatlar 66 ölkənin 2200 şirkətinin Səddam Hüseyn hökuməti ilə qeyri-qanuni maliyyə əməliyyatlarının araşdırılması mahiyyəti daşıyır. Bildirildiyinə görə, neft əvəzinə ərzaq proqramda iştirak edən bu şirkətlərin yarısı 1.8 milyard dollar məbləğində qeyri-qanuni ödənişlər etmişlər.
XS
SM
MD
LG