Accessibility links

Hindistan və Pakistan zəlzələ zonasına kömək barədə müzakirələr aparır


Hindistan və Pakistan rəsmiləri İslamabadda görüşərək zəlzələdən zərər çəkmiş Kəşmir zonasında yardım işlərini müzakirə ediblər. Xarici İşlər nazirliyinin əməkdaşlarının bildirdiyinə görə, qarşıda duran əsas məsələ hərbiləşdirilmiş sərhəd bölgəsində gediş-gəliş məsələsidir. Hər iki hökumət sərhədi açmağa hazır olduqlarını bildirsələr də bunu necə etmək üzərində razılığa gələ bilməyiblər. Qeyd edək ki, Kəşmir bölgəsində baş verən zəlzələ 55 min adamın həyatına son qoyub.
XS
SM
MD
LG