Accessibility links

ABŞ prezidentinin reytinqi getdikcə düşür


Vaşinqton Post qəzeti və ABC xəbər agentliyinin keçirdiyi rəy sorğuları ABŞ prezidentinin reytinqinin düşdüyünü göstərib. Sorğulardan məlum olub ki, Amerikalıların yalnız 39 faizi Corc Buşun prezident fəaliyyətini dəstəkləyir. Qeyd edək ki, hələ keçən ay ona dəstək verənlər 42 faiz təşkil edirdi. Sorğu 600 respondent arasında, Ağ Evin yüksək səlahiyyətli yardımçısı Levis Libbinin Mərkəzi Kəşfiyyat Agentliyinin məxfi əməliyyatlarına dair məlumatın sızması ilə bağlı cinayətdə ittiham edilməsindən sonra keçirilib.
XS
SM
MD
LG