Accessibility links

Dünya Bankının yeni araşdırmaları


Dünya Bankının yeni araşdırmalarında bildirilir ki, beynəlxalq mühacirət milli inkişafın artmasına kömək edir. Enyi zamanda bir çox kiçik və yoxsul ölkələr çox sayda işçi qüvvəsini itirir. Yeni araşdırmada deyilir ki, xaricdə mühacir qohumu olan ailələrin gəliri digər ailələrdən daha yüksəkdir.

Dünya Bankı iqtisadçılarının araşdırmasında deyilir ki, mühacirlərin öz ölkələrinə və ailələrinə göndərdikləri pul onların ölkələri üçün müsbət nəticələr verir. İqtisadçı Mauris Skiff mühacirlərin ailələrinə göndərdikləri pulların əsasən təhsilə, müalicəyə və şəxsi investisiyaya sərf edildiyini müəyyən etdiyini buildirib. Mühacirlərin ailələrinə pul göndərdiyi Qvatemala, Meksika və Filippin həmin araşdırmaya daxil edilib. Cənab Skiff deyir ki, başqa ölkələrdə də belə araşdırmaların aparılması davam edir.

Dünya Bankının araşdırmalarında eləcə də bildirilir ki, 200 milyon insan öz vətənlərindən kənarda, mühacirətdədir və ancaq bu il onlar tərəfindən ölkələrinə 225 milyon dollar məbləğində pul göndərilib. Mühacirlərin əsasən Avropa dövlətlərinə Afrika ölkələrindən və Yaxın Şərqdən, Birləşmiş Ştatlara isə əsasən Meksikadan, Mərkəzi Amerikadan və Karib Hövzəsi ölkələrindən gəldiyi bildirilir. Bunlarla yanaşı, araşdırmalarda beynəlxalq mühacirətin yüksək ixtisaslı kadrların ölkələrini tərk etməsi problemini yaratdığı qeyd olunur.

Araşdırmalar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan dövlətlərdə aparılmış və göstərilmişdir ki, misal üçün, Haitidən və Camaykadan olan on nəfər ali savadlı mütəxəssisin səkkizi vətənlərindən kənarda yaşayır. Cənubi Afrika dövlətlərinin yüksək səviyyəli mütəxəssislərinin ancaq 4%-i öz ölkələrində ixtisasları üzrə çalışır. 40% mütəxəssis isə xaricdə mühacirdir. Dünya Bankının “Beynəlxalq Miqrasiya, pul köçürmə və ixtisaslı kadrların köçməsi” adlı bu araşdırmasında deyilir ki, həmin dövlətlər öz mütəxəssislərini ölkədə saxlamağa çalışmalıdırlar.

XS
SM
MD
LG