Accessibility links

Helmənd vilayətində atışmalar artmaqdadır


Əfqanıstanın Helmənd vilayətində polis ilə Taliban döyüşçüləri olmaqda şünbhələnilən yaraqlılar arasında baş verən atışmalar zamanı yaraqlıların komandiri Molla Kəbir öldürülüb. Rəsmilər deyirlər ki, dünən başlayan atışmalar nəticəsində bir yaraqlı qətlə yetirilmiş, 12 yaraqlı isə həbs edilmişdir. Son həftələr Helmənd vilayəti atışmalar artıb. Oktyabrın axırlarında bölgədə azı 8 Əfqan polisi həlak olub. Bu arada xəbər verilir ki, Kabildə intihar hücumu həyata keçirməyə cəhd göstərən üç nəfər polis tərəfindən həbs edilib.
XS
SM
MD
LG