Accessibility links

Iraqda şiə məscidi hücuma məruz qalıb


İraqın paytaxtı Bağdaddan cənubda yerləşən Müsayyub şəhərindəki bir şiə məscidinə qarşı hücum nəticəsində 20-ə qədər adamın həlak olduğu, onlarla insanın yaralandığı bildirilir. Polisin açılqmasında deyilir ki, maşına yerləşdirilmiş bomba orucluq ayının başa çatmasına bir gün qalmış, axşam namazından sonra insanların iftarı açmağa hazırlaşdıqları vaxt işə düşüb. Bununla yanaşı bu gün Ramadi şəhəri yaxınlığında qəzaya uğrayan hərbi vertolyotda iki Amerika əsgərinin həlak olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır.
XS
SM
MD
LG