Accessibility links

T.Bleyer :" İran öhdəliklərə əməl etməlidir"


Britaniyanın baş naziri Toni Bleyer bildirib ki, İrana qarşı hərbi əməliyyat planı nəzərdə tutulmasa da, beynəlxalq ictimaiyyət İrandan qlobal təhlükəsizliklə bağlı öhdəliklərə əməl etməsini tələb edir. Baş nazir Bleyer bunu İrana qarşı hərbi əməliyyatla bağlı şaiyələrin əsassız olduğunu bildirməsi məqsədi ilə parlament qarşısında etdiyi çıxışı zamanı deyib. Keçən həftə Britaniyanın baş naziri İran prezidenti Mahmud Əhmədinejadın İsrailin xəritədən silinməsi çağırışından sonra İranı kəskin tənqid etmişdi. Britaniya mediası bu çıxışı İrana hərbi hədə-qorxu kimi qələmə vermişdi. Baş nazir Bleyer parlamentdə deyib ki, dünya ictimaiyyəti İranın hərəkətlərini diqqətlə izləyir. Onun bu bəyanatı Britaniya Hava Yolları və BP şirkətlərinin Tehrandakı idarələri yaxınlığında baş verən bomba partlayışından əvvələ təsadüf edir. Əməliyyatın məsuliyyətini üzərinə götürən yoxdur. Adı çəkilən idarələr binanın 10-cu mərtəbəsində yerləşir. Qeyd edək ki, bir çox xarici şirkət idarələrinin yerləşdiyi bu mərtəbədə baş verən partlayışın vurduğu ziyan cüzi olmuşdur. Xəsarət alan yoxdur.
XS
SM
MD
LG