Accessibility links

Prezident Buş Amerika dövlətlərinin sammitində iştirak edir


Prezident Buş Argentinada Amerika dövlətlərinin sammitində iştirak etmək üçün Mar De Palta şəhərinə yola düşüb. Cənab Buş və demokratik seçilmiş 31 digər dövlətin başçısı zirvə görüşü zamanı işsizliyin aradan qaldırılması, yoxsulluqa qarşı mübarizə və qərb yarımkürəsində demokratiyanın inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər. Birləşmiş Ştatların Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Stefen Hadli bildirib ki, sammit zamanı prezident Buş regionda azad ticarətin əhəmiyyətini bir daha vurğulamaq üçün imkandan istifadə edəcək. Bu arada, Argentina futboluun əfsanəvi oyunçusu Diyeqo Maradona da daxil olmaqla, 10 minə yaxın insanın prezident Buşun sammitdə iştirakı və ABŞ-ın başçılığı ilə İraqda müharibə əleyhinə etiraz nümayişi keçirəcəyi gözlənilir.

XS
SM
MD
LG