Accessibility links

ABŞ Qazaxıstanda hərbi baza yaratmağa hazırlaşmır


Birləşmiş Ştatların Mərkəzi Komadanlığının başçısı general Con Abizeyd ABŞ-ın Qazaxıstanda hərbi mövcudluğuna dair planlarının olmadığını bildirib. General Abizeydin bu açıqlamaları onun Qazaxıstanın müdafiə naziri Muxtar Altunbayevlə görüşündən sonraya təsadüf edib. O bildirib ki, ABŞ yalnız Qazaxıstan hökuməti bu haqda müraciət etsə, bu ölkədə hərbi baza yaratmaq məsələsini nəzərdən keçirə bilər. General Abizyed Cənubi və Mərkəzi Asiya, habelə, Yaxın Şərqdə ABŞ-ın hərbi əməliyyatlarına nəzarət edir.

XS
SM
MD
LG