Accessibility links

Reno Harniş Azərbaycan seçkilərinin şəffaflığına ümid edir


Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rino Harniş bazar günü parlament seçkilərinin açıqlığa doğru addım olacağına ümid bəslədiyini deyib. Cənab Harniş bəyan edib ki, parlament seçkiləri yalnız prezidenti dinləmək əvəzinə, hökuməti siyasi məsələləri müzakirə etməyə təşviq edəcək. Səfir Harnişin sözlərinə görə, səsermənin beynəlxalq standartlara uyğun olub-olmayacağı ilə bağlı narahatlıqlarına baxmyaraq, parlament seçkiləri “onlar müəyyən etdilər” deyil, “biz müəyyən etdik” istiqamətində irəliyə doğru addım olacaq. Bakıda müxalifətin seçki kampaniyası zamanı son mitinqindən sonra bu gün prezident İlham Əliyev hökumətinin minlərlə tərəfdarı yüşür keçirib. Bu arada, mülki geyimdə olan polis gecə Demokrat partiyasının ofisində reyd keçirərək ordakı əşyaları müsadirə edib və iki partiya fəalını həbs edib. Daxili İşlər Nazirliyi belə bir reyd haqda məlumat olmadığını bəyan edib. Ölkə rəsmiləri Demokrat partiyasının lideri Rəsul Quliyevi dövlət çevrilişinə cəhddə ittiham edir. Müxalifətdə olan Rəsul Quliyev Azərbaycan rəsmilərinin səsverməni saxtalaşdırmağa çalışdığını bildirir. Beynəlxalq insan haqları qrupları Azərabaycanda seçkilərə hazırlıqları tənqid etmişlər.
XS
SM
MD
LG