Accessibility links

ABŞ prezidenti Ali Məhkəmə hakimliyinə namizəd göstərdiyi şəxsi ən təcrübəli hakim adlandırıb


ABŞ prezidenti Corc Buş Ali Məhkəmə hakimliyinə namizəd göstərdiyi Samuel Alitonun zəngin hakimlik təcrübəsinə malik olduğunu deyib. Həftəlik radio müraciəti zamanı ABŞ prezidenti bildirib ki, hazırda Federal Apelyasiya Məhkəməsinin hakimi olan Samuel Alito son 70 ildə Ali Məhkəməyə namizəd göstərilən hər bir şəxsdən daha artıq təcrübəyə malikdir. Dünən prezident Buş müxbirlərlə söhbəti zamanı Senatın namizədin təsdiqi ilə bağlı dinləmələrin yanvar ayının 9-dan əvvəl keçirilməyəcəyindən narahat olduğunu deyib.
XS
SM
MD
LG