Accessibility links

Müstəqil Mətbuat mərkəzin məlümati


Noyabrın 5-də Müstəqil Mətbuat Mərkəzində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov üçüncü çağırış Azərbaycan Respublikası Miili Məclisinə keçiriləcək seçkilərlə bağlı yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirmişdir. “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirlməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamın və “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirlməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamın Prezident İlham Əliyevin seçkilərin azad, demokratik və şəffaf keçirlməsindəki siyasi iradəsini əks etdirdiyini qeyd edən M.Pənahov bu sənədlərin həm ölkəmizdə, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirdiyini bildirmişdir. O, qeyd etmişdir ki, Mərkəzi Seçki Komissiyası seçkilərin yüksək səviyyədə keçirilməsi üçün öz üzərinə düşən işi uğurla yerinə yetirir, namizədlərin qeydə alınması, seçki qabağı təşviqat kampaniyası problemsiz ötüşmüşdür. Belə ki, AzTV-də və İctimai Televiziyada namizədlər üçün efir vaxtı müəyyən olunmuş və onlar bundan istifadə edərək öz platformalarını seçicilərinə çatdırmışlar. M.Pənahov məlumat verərək bildirmişdir ki, noyabrın 6-da 5137 məntəqədə 125 deputat mandatı uğrunda 1541 namizəd mübarizə aparacaqdır. Respublika üzrə ümumi seçicilərin sayı isə təxminən 4 660 000-dir. Müvafiq qanunvericiliyə uyğun olaraq, seçicilərin sayından 3 % çox bülleten çap olunmuşdur. Seçkiləri yerli müşahidəçilərlə yanaşı, beynəlxalq qurumları, ayrı-ayrı ölkələri, beynəlxalq qeyri-hökumət təşkilatlarını, eləcə də respublikamızdakı diplomatik korpusları təmsil edən 1586 beynəlxalq müşahidəçi, eləcə də 300-dək xarici jurnalist izləyəcəkdir. Mərkəzi Seçki Komissiyasının sədri qeyd etmişdir ki, bu dəfəki seçkilərdə bəzi yeniliklər olacaqdır. Belə ki, “exit- poll” keçirilməsi, seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi bu kimi yeniliklərdəndir. Məzahir Pənahov seçkilərin keçirilməsi prosesi, nəticələrin elan olunması, 122 saylı Xankəndi seçki dairəsi üzrə seçkilərin keçirlməsi və digər məsələlər barədə jurnalistlərin suallarına aydınlıq gətirmişdir
XS
SM
MD
LG