Accessibility links

Avstraliyada 17 şübhəli saxlanıb


Avstraliya məhkəmələri terrorizmdə şübhələnilən 17 adamın polis nəzarəti altında saxlanmasına dair hökm çıxarıb. Polisin bildirdiyinə görə, Melborn və Sidneydə səhər reydləri zamanı həyata keçirilən həbslər genişmiqyaslı terror hücumlarına mane olunması mahiyyəti daşıyır. Nəzarət altına alanlar arasında Üsama Bin-Ladeni “dahi şəxsiyyət” adlandıran Əbu Bəkr adlı şəxs də var. Polis Sidney yaxınlığındakı atışma zamanı yaralanan bir şəxsin vəziyyətinin ağır və xəstəxanada onun polis nəzarəti altında olduğunu deyir. Həbslər Avstraliya hökumətinin terrorizmlə mübarizə qanunlarında düzəlişlər edilməsi qərarından bir neçə gün sonraya təsadüf edir. Düzəlişlər polisə hücum planlaşdırdığından şübhələnilən şəxsləri saxlamaq səlahiyyəti verir.
XS
SM
MD
LG