Accessibility links

İraqda qiyamçıların məhv edilməsi davam etdiriləcək


Amerika hərbçilərinin verdiyi məlumata görə Birləşmiş Ştatlar və İraq əsgərləri qərbi Hüseybə məntəqəsində əməliyyatı başa çatdırıblar. Onların verdiyi məlumata görə indiyədək Suriyadan silah və xarici döyüşçü axını üçün əsas nəqliyyat nöqtəsi olan Hüseybədə yerdə qalan qiyamçıların məhv edilməsi davam etdiriləcək.

Başqa xəbərdə bildirilir ki, Baquba və Bağdadda baş verən hücumlarda 7 adam öldürülüb. Amerika hərbiçiləri həmçinin qərbi İraqda bir marinin həlak olduğunu xəbər verir. Bu arada Səddam Hüseynin vəkillər komandasının 2-ci üzvünün öldürülməsinə cavab olaraq, sabiq diktatorun müdafiə komandası noyabrın 28-də keçiriləcək məhkəmədə iştirak etməyəcəyini bildirib. Qeyd edək ki, vəkillər öz məsuliyyətlərindən boyun qaçırdığı təqdirdə tribunalın yeni vəkillər komandası təyin etmək ixtiyarı var.

XS
SM
MD
LG