Accessibility links

İordaniya terrora qarşı amansız mübarizə aparacağını bildirib


İordaniya rəsmiləri çərşənbə günü Ammanda baş verən bomba partlayışlarına Əl-Zərqavinin başçılıq etdiyi İraqdakı Əl-Qaida terrorçu qrupun məsuliyyət daşıdığını bildirirlər.

Iordaniya kralı Abdulla bəyan edib ki, onun hökuməti terrorçulara qarşı amansız mübarizə aparacaq. İordaniya baş nazirinin müavini Mərvan Əl-Muaşer bu gün aksiyanın məsuliyyətini Əl-Zərqavinin başçılııq etdiyi İraqdakı Əl-Qaida qrupunun üzərinə ataraq deyib ki, hücum üç əcnəbi tərəfindən həyata keçirilib və onda qadın iştirak etməyib. İraqdakı Əl-Qaida qrupu isə dünən internetdə yerləşdirdiyi məlumatda intiharçıların ikisinin ər-arvad olduğunu iddia etmişdi. Cənab Əl Muaşer bu iddianı təkzib edib. Bomba partlayışları nəticəsində ağır yaralanan ərəb mənşəli kino rejissor amerikalı Mustafa Akkad vəfat etdikdən sonra, həlak olanların sayı 57 nəfərə çatıb. Onların üçü amerikalıdır.

XS
SM
MD
LG