Yeni bir elmi araşdırmaya əsasən bildirilir ki, kofeinli içkilər içən qadınlarda yüksək qan təzyiqi və ifliç riski yüksək olur. Eyni zamanda aradırmlar kofe içən qadınlarda bu riskin olmadığını göstərib. Bu əlbəttə kofe içən qadınlar üçün sevindirici xəbərdir. Amerikanın Tibb Assosiasiyası jurnalında dərc edilən nəticələrə görə, kofe qan təzyiqini yüksəltmir. 12 il ərzində 150000 qadın üzərində aparılan tədqiqartların kofe içən qadınlarda müxtəlif xəstəlik risklərinin yüksək olacağını göstərəcəyi gözlənilirdi. Alimlər aşkar ediblər ki, gündə 6 fincan kofe içən qadınlarda təzyiq yüksəlmir. Lakin adi koka-kola yaşlı qadınlarda 44 faiz, gənc qadınlarda isə yüksək qan təzyiqi riskini 28 faiz artırır. Həmimlər nəyə görə kofeinli içkilərin buna səbəb olduğunu müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu deyirlər. Alimlər kofe ilə bağlı son araşdırmların tamamilə dəqiq olduğunu bildirirlər. Amerikanın Spirtsiz İçkilər Assosiasiyası bəyanatla çıxış edərək, qan təzyiqinə digər faktorların səbəb olduğunu bildirir. Assosiasiya xəstəliyə səbəb kimi stres, həyat tərzi və digər səhhət problemlərini göstərir.