Accessibility links

Quş qripindən ölüm hadisələri davam edir


Çin ölkənin cənub-şərq vilayətində iki nəfərin quş qripinə yoluxduğuna dair məlumatı təsdiq edib. Xəstələrdən biri 24 yaşlı quşçuluq fermasının işçisi artıq vəfat edib. İkinci xəstə 9 yaşlı oğlan uşağının sağalmaqda olduğu deyilir.

Səhiyyə rəsmiləri H5N1 virusunun bu oğlanın keçən ay vəfatına səbəb olduğundan şübhələnirlər. Ümumdünya Sağlamlıq Təşkilatı uşağın quş qripindən öldüyünü, lakin bunu təsidq etməyə imkanı olamdığını bildirir. Çin rəsmiləri beş milyard quşa peyvənd vurulmasına göstəriş verib. Xatırladaq ki, şərqi Asiyada bu virus 2003-cü ildən bəri 60-dan artıq admın ölümünə səbəb olub.

XS
SM
MD
LG