Accessibility links

İraqda hücumlar artmaqdadır


İraq rəsmiləri billdirirlər ki, İran sərhədi yaxınlığında iki şiə məscidinə cümə namazı zamanı edilən intihar hücumları nəticəsində azı 74 nəfər həlak olmüş, təxminən 75 nəfər yaralanıb. İntiharçılar hücumu sakinləri şiə və kürd olan Xanaqin şəhərindəki məscidlərdə həyata keçiriblər. Hücum nəticəsində məscidlər dağılıb. Yerli rəsmilər həlak olanların sayının artacağından narahatlıqlarını bildirirlər.

Bu gün səhər isə Bağdadın Əl Hamra mehmanxanası yaxınlığında bir mikroavtobus və bir yük maşınına yerləşdirilmiş bomba partlayışları nəticəsində 6 nəfər həlak olmuş, 40 nəfər isə bədən xəsarəti almışdır. Şahidlərin sözlərinə görə, mehmanxanaya tərəf sürülən qırmızı plastik çəlləklərlə yüklənmiş mikroavtobus binanı qorumaq üçün qoyulmuş beton səddə dəydikdən sonra partlayış baş vermişdir. Mikroavtobusun arxasınca gedən yük maşını isə ilk partlayışdan sonra əmələ gələn dəlikdən keçməyə cəh göstərmişdir. Lakin buna nail olmayan yük maşını 20 saniyə sonra partlamışdır. Partlayış nəticəsində yaxınlıqdakı bir neçə binaya zərər dəymişdir.

Mütəxəssislər iki maşında 500 kiloqrama yaxın partlayıçı maddənin olduğunu deyirlər. Birləşmiş Ştatlar hərbi qüvvələrinin rəsmiləri bildirirlər ki, hücumun hədəfi belə görünür, əsasən qərb jurnalistləri və müqavilə əsasında İraqa işləməyə gələn xaricilərin qaldığı Əl-Hamra mehmanxanası olmuşdur.

XS
SM
MD
LG