Accessibility links

Türkiyədə polis Əl Qaida terrorçu təşkilatı ilə əlaqəsi olmaqda şübhələnillən ata və oğulu həbs edib


Türkiyə mediasının verdiyi məlumata görə polis bu gün mərkəzi Konya şəhərində Əl Qaida terrorçu təşkilatı ilə əlaqəsi olmaqda şübhələnillən ata və oğulu həbs edib. Polis bu şəxsləri bir evə aparılan reyd zamanı yaxalayıb. Reyd nəticəsində uzaq məsafədən idarə oluna bilən iki bomba aşkar edilib. Bu adamların həbsinin dəqiq vaxtı aydın deyil. NTV telekanalının verdiyi məlumata əsasən universitet tələbəsi olan oğul 2003-cü ildə İstanbulda 60 adamın ölməsinə səbəb olan terror aktı ilə bağlı həbs edilmişdi. Amma sonradan, bu ilin əvəlində o, həbsdən azad edilmişdi. CNN Türk kanalının verdiyi məlumata görə isə ata bundan əvvəl Əl-Qaida ilə əlaqəsinə görə 14 ay məhbəsdə yatıb.

XS
SM
MD
LG