Accessibility links

ABŞ və Çin prezidentləri birgə işləyəcəkləri barədə razılığa gəldilər


Prezident Buş və Çin prezidenti Hu Jintao Avian - Quş qripinin yayılmasının qarşısının alınması, ölkələr arasındakı ticarət balansının saxlanması və Şimali Koreyanın nüvə silahı proqramını dayandırmaq kimi məsələlər üzərində birgə çalışacaqları barədə razılığa gəldilər.

Böyük Xalq Sarayında Çinin yaşıl zeytun rəngli uniformalar geymiş hərbi qaraulu prezidentləri salamladı. Prezidentlərə sual verməyə icazə verilməyən müxbirlərlə görüş zamanı hər iki prezident Buş və Hu Quş qripinin qarşısını almaqda birgə işləyəcəklərinə söz verdilər. Çin prezidenti Hu Jintao dünyanın sağlamlıq üzrə rəsmilərinə quş qripi mutasiya edərək, formasını dəyişib insanlar arasında yayılacağı təqdirdə onun qarşısının alınacağına vəd verib. Prezident Buş Şimali Koreya ilə nüvə silahı proqramından əl çəkmək barədə danışıqlar aparacağına görə Çin prezidentinə təşəkkürünü bildirdi. Qeyd edək ki, Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar Birləşmiş Ştatlar, Çin, Rusiya, Yaponiya və Cənubi Koreya arasındakı danışıqların dördüncü raundu da Pxenyan tərəfindən nüvə proqramından əl çəkməyəcəyi cavabı üzündən baş tutmadı. Prezident Buş Çinin öz üzərinə götürdüyü öhdəliyin müsbət nəticələrə gətirib çıxaracağına ümid etdiyini bildirdi.

Cənab Buş Birləşmiş Ştatlar və Çinin azad və ədalətli ticarətdən faydalanan tərəfdaşlar olduğunu vurğuladı. Bununla belə o əlavə etdi ki, Çinin Amerikaya daha artıq məhsul istehsal etməsi ilə ölkələr arasında ticari natarazlıq qalmaqdadır.

XS
SM
MD
LG