Accessibility links

Hindistanlı mühəndis Taliban döyüşçüləri tərəfindən girov götürülüb


Taliban döyüşçüləri Əfqanıstanın cənub-qərbində bir hind mühəndisi və üç əfqanı görov götürdüklərini iddia edirlər. Fransa Xəbərlər Agentliyi Taliban döyüşçülərinə istinadən mühəndisin işlədiyi şirkət Əfqanıstanı tərk etmədiyi təqdirdə onun öldürüləcəyini bildirib. Dünən həmin mühəndis iki cangüdəni və sürücü ilə birlikdə Nimroz vilayətinə gedərkən itgin düşmüşdü. Mühəndis Hindistan hökumətinin maliyyə fondunun yardımı ilə Əfqanıstan şosse yolu layihəsində işləyir. Hindistanın Xarici İşlər Nazirliyi mühəndisin dərhal azad edilməsini tələb edib.
XS
SM
MD
LG