Accessibility links

Avstraliyanın baş naziri Pakistandadır


Avstraliyanın baş naziri Con Hovard üç günlük rəsmi səfərlə Pakistandadır. Səfərin məqsədi iki ölkə arasındakı əlaqələrin möhkəmləndirməsidir. Cənab Hovard Pakistana təhlükəsizlik və inkişafları dəstəkləyəcəyinə vəd verdiyi Əfqanıstandan getmişdir. Bu, Avstraliyanın baş naziri Con Hovardın Pakistana ilk səfərindir. Qeyd edək ki, hər iki ölkə Birləşmiş Ştatların terrorizmə qarşı mübarizəsində ən yaxın müttəfiqidir.

Cənab Hovard bu gün səhər pakistanlı həmkarı Şövkət Əzizlə danışıqlar aparmışdır. Danışıqlardan sonra baş nazirlər keçirdikləri birgə mətbuat konfransında cənab Hovard Pakistan prezidenti Pərviz Müşərrəfin extremizmə qarşı mübarizəsini yüksək qiymətləndirdiyini bildirdi. Cənab Hovard eləcə də, keçən ay baş verən zəlzələ nəticəsində 70 mindən çox pakistanlının ölümünə görə başsağlığı verdi. Cənab Hovard zəlzələnin baş verdiyi ərazilərə səfər etməlidir. Baş nazirin zəlzələdən sonrakı bərpa işlərinə Avstraliyanın köməyinin artırılcağını elan edəcəyi gözlənilir.

Qeyd edək ki, dünən cənab Hovard Əfqanıstanda prezident Həmid Karzay və Avstraliyanın Taliban və Əl Qaida militantlarına qarşı mübarizədə iştirak edən 180 əsgərdən ibarət hərbi qüvvəsi ilə görüş keçirmişdir. Cənab Hovard gələn il Əfqanıstana əlavə 200 Avstraliya əsgərinin göndərilməsinin nəzərdə tutulduğunu bildirmişdi.

XS
SM
MD
LG